İsmayıllı şəhərində avtomobillərin sürətini ölçən ilk radar quraşdırılıb. Bu barədə ShimalNews 7 sentyabr tarixində ismayilli.ws-ə məlumat verir.
Həmin xüsusi texniki vasitə Ə.Ələkbərzadə küçəsində yerləşir. Sakinlər yeniliyi dəstəkləyərək, “Qala yolunda”, 3 nömrəli məktəbin qarşısında və digər ərazilərdə də radarların quraşdırılması zərurətini bildiriblər.