Qusar rayonunun Xuluq kəndində yerləşən tarixi məscid uçulub. Bu haqda ShimalNews 7 sentyabr tarixində məlumat verir.
İbadət ocağı 10 ildən çoxdur ki, baxımsız qalıb. Onun divarlarından biri tamamilə dağılıb. Digərləri isə çat verib.
Sakinlər bildirirlər ki, bir neçə ay öncə rayon icra başçısı kəndə gələn zaman onlar məscidlə bağlı məsələni qaldırıblar. Lakin hələ də heç bir dəyişiklik baş verməyib.

