Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qusarda balaca tamaşaçılarını sevindirəcək. Bu haqda ShimalNews 7 sentyabr tarixində məlumat verir.
“Qırmızı Papaq” nağıl tamaşası Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində sentyabrın 20-də saat 14:00-da təqdim ediləcək.
Əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəqslərin quruluşu – Vüsal Mehrəliyevdır.