Qubada turizm sahəsində karyera qurmaq istəyənlər üçün tədbir təşkil olunacaq. Bu haqda 7 sentyabr tarixində ShimalNews məlumat verir.
“Absheron Hotel Group” hotelçilik və qonaqpərvərlik sahəsi üzrə təcrübə proqramı həyata keçirəcək. Proqramı uğurla bitirənlər adıçəkilən şirkətdə işlə təmin olunma şansı qazanacaqlar.
Layihə zamanı ölkəmizin ən prestijli hotellərində təlimlər baş tutacaq. Proqram 5 ay ərzində davam edəcək.
Təqdimat sentyabrın 8-i saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Burada iştirakçılara daha ətraflı məlumat veriləcək.