Qubada “KOMANDO” hərbi-idman oyununun açılış mərasimi baş tutub. Bu haqda 7 sentyabr tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Bildirilib ki, oyunlar 6-11 sentyabr tarixlərində keçiriləcək. Burada ali və orta ixtisas təhsil müəssisələrindən olan gənclərin iştirakı ilə müxtəlif hərbi təlimlər və oyunlar təşkil olunacaq.