Qubanın Barlı kənd sakini həyətyanı sahəsində çətənə kolları yetişdirib. Bu barədə ShimalNews 7 sentyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Nəticədə şübhəli şəxs kimi Rafiq Mirişov saxlanılıb. O, xüsusi aqrotexniki qulluq göstərməklə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olub.

Aşkar edilən ümumi çəkisi 35 kq-dan artıq quru və yaş halda çətənə maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.