İsmayıllıda MMA idman növü üzrə ustad dərsləri təşkil olunub. Bu barədə ShimalNews 7 sentyabr tarixində xəbər verir.
Tədbir Heydər Əliyev adına parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib. Burada məşqçi-müəllim iştirakçılara əyani olaraq, müxtəlif texniki fəndlər nümayiş etdirib.
Master-klasın keçirilməsində məqsəd idmanın bu növünə marağın artırılması və asudə vaxtın səmərəli təşkil olunmasıdır.