İsmayıllı rayonunda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Bu haqda ShimalNews 7 sentyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Tədbir Uşaq – Gənclər İnkişaf Mərkəzinin akt zalında baş tutub. RTİ-nin müdiri Rövşən Əliyevlə görüşdə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, tədris işləri üzrə direktor müavinləri, eləcə də məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Görüşdə idarə müdiri tərəfindən ötən tədris ilinin yekunları, xüsusilə IX və XI sinif məzunlarının buraxılış imtahan nəticələri, məktəbəhazırlıq qruplarına, I və X siniflərə şagirdlərin qəbulu, yeni tədris ilindən vahid məktəbli formasına keçid və digər mövzularla bağlı bir çox tapşırıqlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb.
Sonda təhsil müəssisə rəhbərlərinin sualları cavablandırılıb.