İsmayıllı rayonunun Xanagah kəndindən keçən yol müvəqqəti bağlı qalıb. Bu haqda ShimalNews 7 sentyabr tarixində Apa-ya istinadən məlumat verir.

Buna səbəb gecə saatlarında yağan güclü leysan xarakterli yağış olub. Nəticədə Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndi ərazisində 10 ədəd ağac kökündən qoparaq aşıb. Hal-hazırda bu yolun bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşıb.

Əraziyə 5 saylı Yol İstismarı MMC-nin texnikaları cəlb edilib. Hərəkətin bərpası istiqamətində işlər aparılır.