İsmayıllıda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş baş tutub. Bu haqda ShimalNews 7 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.

Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə RİH-nin başçısı Nahid Bağırov iştirak edib. O, tələbə adını qazanan məzunları təbrik edib və onlara təhsildə uğurlar arzulayıb.

Bu il İsmayıllıdan olan 321-dən artıq məzun tələbə adını qazanıb. Onlardan 12 nəfəri 600 baldan, 43 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni Talistan kənd tam orta məktəbin məzunu Elvin Abbasov göstərib. O, 658 balla Azərbaycan Tibb Universitetinə qəbul olub.