İsmayıllıda güclü leysan avtomobil körpüsü üçün təhlükə yaradıb. Bu haqda ShimalNews 7 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Bu gün saat 12:30 radələrindən başlayaraq Göyçay çayında suyun səviyyəsi xeyli artıb. Hazırda sel axını davam edir. Körpü üzərində ağır tonnajlı yük avtomobillərinin hərəkətində məhdudiyyət var, lakin minik avtomobilləri və piyadalar yoldan istifadə edə bilirlər.

Ərazidə Göyçay rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları xidmət aparırlar.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanovun verdiyi məlumata görə, rayon ərazisində sel nəticəsində elektrik verilişi və rabitə dirəkləri, eləcə də naqillər sıradan çıxıb. Bu səbəbdən bəzi kəndlərə, o cümlədən şəhər mərkəzinə elektrik enerjisi verilişi kəsilib.