Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Bu barədə ShimalNews 7 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir Şabran şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.
Daha öncə görüşün keçiriləcək məkan və vaxtı haqqında xəbər vermişdik.