Quba-İspik-Xınalıq avtomobil yolunun bir hissəsi yararsız vəziyyətdədir. Bu haqda ShimalNews 7 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Güclü yağış nəticəsində yaranmış sel suları magistralın 22-57-ci kilometrliyində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Avtonəqliyyat vasitələrinin hərəkətində, həmçinin lil və qaya parçaları da çətinlik yaradır.

Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi yol boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün cəlb olunub. Hazırda ərazidə işlər davam etdirilir.