Xaçmaz sakininə parklanmaya görə 40 manat cərimə yanlış tətbiq olunub. Bu barədə ShimalNews 6 sentyabr tarixində Oxu.az-a istinadən məlumat verir.
B.Rzayev bildirib ki, 90-TX-476 nömrəli “Mercedes-Benz” markalı avtomobil Bakıda, Lökbatan qəsəbəsində qayda pozuntusuna yol verib. Cərimə isə onun “Opel” markalı 99-TX-478 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yazılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, xüsusi texniki vasitə xəta səbəbindən yanlış elektron qərar çıxarıb. Məsələ araşdırılıb və səhv aradan qaldırılıb.