Xaçmazda bələdiyyə sədrləri cərimələniblər. Bu haqda ShimalNews 6 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları yoxlamalar keçiriblər. Monitorinq nəticəsində şəhərin müxtəlif ərazilərində tullantıların qalaqlanması və yandırılması faktları müəyyən edilib.

Faktla bağlı Köhnə Xudat bələdiyyəsinin sədri Faiq Səvziyev, Susayqışlaq bələdiyyəsinin sədri Mehriban Mustafayeva və Seyidlikəndyeri bələdiyyəsinin sədri Aslan Məcidov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.