“Samur” gömrük postunda yük nəqliyyat vasitəsində bəyan edilməyən məhsullar aşkar edilib. Bu barədə ShimalNews 6 sentyabr tarixində Dövlət Gömrük Komitəsinin səhifəsinə istinadən məlumat verir.

2 yük avtomobili Rusiya Federasiyası istiqamətindən gömrük postunun idxal gömrük nəzarəti xəttinə yoxlanış üçün daxil olub. Baxış zamanı 19 ədəd müxtəlif markalı spirtli içki, kremlər, 11 ədəd kustar üsulla hazırlanmış dərman vasitəsi, 60 flakon  “Korteksin10mg” adlı dərman vasitəsi və 205 ədəd “Coragen 200 ml” adlı bitki dərmanı aşkarlanıb.

Gizlədilən məhsullar yük nəqliyyat vasitələrinin qoşqusunda yerləşdirilib.