Xaçmazın icra başçısı Elnur Rzayev tərəfindən səyyar qəbul keçirilib. Bu barədə ShimalNews 6 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Qaraqurtlu kəndində baş tutub. Burada, eləcə də Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər. Onlar işıq, qaz, su, yol, internet və məktəb binasının istiliklə təchizatı ilə bağlı müraciətlər səsləndiriblər.
Qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Həmçinin bəzi müraciətlər yerindəcə həll edilib.