Qubada Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimlər keçiriləcək. Bu barədə ShimalNews 6 sentyabr tarixində məlumat verir.

Tədbir sentyabrın 26-sı “Quba Şahdağ Hoteli”ndə (Yusif Qasımov küçəsi, 66) təşkil olunacaq. Burada Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər iştirak edəcəklər.

İştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər: https://forms.gle/JLZF7L2MNznveAT19

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80).