Qubada könüllülük fəaliyyətinə qoşulmaq istəyənlər üçün fürsət yaranıb. Bu barədə ShimalNews 6 sentyabr tarixində sosial şəbəkəyə istinadən məlumat verir.

“Gənc Könüllü”lər ailəsinə qoşulanlar öz ictimai fəaliyyətlərini inkişaf etdirəcək, müxtəlif ekoloji, sosial, vətənpərvərlik və digər könüllülük sahələrində yeni biliklər əldə edəcəklər. Həmçinin burada maraqlı gənc dostlar qazanmaq şansı var.

Müraciət etmək üçün tələb olunan əsas meyarlar:

  • 16-29 yaş aralığında olmalı;
  • Təşəbbüskar və məsuliyyətli olmalı;
  •  Komanda ilə işləmə bacarığı və səbirli olmalı;
  •  Araşdırma qabiliyyətli və daim yeniliklərə açıq olmalı.

Qeydiyyat üçün link: http://bit.ly/3MgCcTD

Daha ətraflı məlumat əldə etmək üçün nömrə: (023) 335 07 12.