İsmayıllıda bir süfrə arxasında oturan iki şəxsin münaqişəsi bıçaqlanma ilə nəticələnib. Bu haqda ShimalNews 6 sentyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
Hadisə şəhərdə yerləşən kafelərdən birində gecə saatlarında qeydə alınıb. Rayon sakinləri – 27 yaşlı Pünhan Şirinov və 16 yaşlı yeniyetmənin arasında mübahisə baş verib. Səbəb isə sonda kimin hesabı ödəyəcəyi olub. Nəticədə yeniyetmə qarşı tərəfə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.