İsmayıllının qızlardan ibarət uşaq futbol komandası Sabirabad rayonunda matç keçirib. Bu haqda ShimalNews 6 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Oyundan qabaq gənc futbolçularla Mil-Muğan Regional Gİİ-nin rəisi və MƏRKƏZ RFF İB-nin Prezidenti Nadir Quliyev görüşüb.

Daha sonra yoldaşlıq görüşündə ev sahibləri ilə qarşıdurma valideynlər tərəfindən böyük maraqla izlənilib.