İsmayıllıdan olan yeniyetmə “Azərbaycan Kuboku”nun medalçısı olub. Bu haqda ShimalNews 6 sentyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

İdman tədbiri Lənkəran şəhərində keçirilib. U-15 yaşlılar arasında yarışın 2-ci mərhələsində 5 km məsafəyə fərdi ötüşmədə Artyom Sokolov 3-cü yerə layiq görülüb. O, rayonun ilk medalçısıdır.