İsmayıllıda aztəminatlı ailələrin uşaqları üçün keçirilən layihə başa çatıb. Bu barədə ShimalNews 6 sentyabr tarixində Uşaq və Ailələrə Dəstək Mərkəzinə istinadən məlumat verir.
“Təhsilə Doğru” adlı layihə Dövlət Komitəsinin təşkilatçılığı, Paşa Holding və “GİD CSR Consulting” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Onun məqsədi məktəbli uşaqlara riyazıyyat və ingilis dili fənləri üzrə dəstək verməkdir.
Sonda uşaqların layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlar test üsulu ilə qiymətləndirilib. Qaliblərə hədiyyə və diplomlar təqdim olunub.