Qubada cüdo idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub. Bu haqda ShimalNews 6 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir sentyabrın 5-i Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində məşqçi Vaqif İsmayılovun təşkilatçılığı ilə baş tutub .
Bütün bunlar gənclərin cüdoya olan marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsi üçün həyata keçirilir.