Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Heydər zirvəsi”ni fəth edib. Bu haqda ShimalNews 6 sentyabr tarixində məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə baş tutan yürüş barədə nazir “Facebook” hesabında yazıb:
“Nəhayət ki, “Heydər Əliyev zirvəsi”nə qalxa bildim. Təbii ki, İsrafil Aşurlının köməyi ilə. Azərbaycan Alpinizm Federasiyasına xüsusi təşəkkürlər!”
İsrafil Aşurlı — Azərbaycan Alpinizm Federasiyasının baş katibi, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlıdır.