Xaçmaz şəhərində 2 nəqliyyat vasitəsi toqquşub. Bu haqda ShimalNews 5 sentyabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi ötən gün saat 18:20-də Bakı prospektində qeydə alınıb. “Kamaz” markalı yük avtomobili Xudat istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobilə çarpılıb.
Qəzaya səbəb “Kamaz”ın ara məsafəsini saxlamaması olub.
Əraziyə YPX əməkdaşları cəlb olunublar.
