Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu haqda ShimalNews 5 sentyabr tarixində agentliyə istinadən məlumat verir.

Müsabiqə üçün ərizələr oktyabrın 4-dək (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel: 012-567-99-76, +99455-626-55-63, e-mail: [email protected]) qəbul ediləcək.

İddiaçıların təklifləri komissiya tərəfindən Sumqayıt-Quba istiqamətlərində 5 Lot üzrə oktyabrın 10-da müsabiqə keçirilən zaman açıqlanacaq.

Lotlar üzrə marşrutların qrafiki:

  • Sumqayıtdan 08:45 – Qubadan 12:50 (hər gün);
  • Sumqayıtdan 13:00 – Qubadan 09:00 (hər gün).