Bölgə üzrə həftənin idman tədbirlərinin cədvəli təqdim olunub. Bu barədə ShimalNews 5 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

4-10 sentyabr tarixləri üçün afişa:

İsmayıllı

– Şəhid Vüsal Dəmirovun anadan olmasının 30-cu ildönümünə həsr olunmuş cüdo idman növü üzrə regional turnir – 9-10 sentyabr, saat 10:00;

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

– “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” kütləvi idman tədbiri – 4 sentyabr, saat 10:00 (Siyəzən şəhər stadionu);

– Kikboksinq üzrə nümunəvi çıxışlar – 4 sentyabr, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);

– “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə ustad dərsləri – 4 sentyabr, saat 11:00 (Şabran rayonu, UGİM-in idman zalı);

– Atletika idman növü üzrə nümunəvi çıxışlar – 4 sentyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);

– Karate üzrə ustad dərsləri – 5 sentyabr, saat 9:30 (Quba Olimpiya İdman Kompleksi);

– “Sağlam həyat” layihəsi çərçivəsində sambo güləşi üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);

– Cüdo üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 14:00 (Quba Olimpiya İdman Kompleksi);

– “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” kütləvi idman tədbiri – 5 sentyabr, saat 15:00 (Şabran rayonu, Bayraq Meydanı)

– Voleybol üzrə nümunəvi çıxışlar – 5 sentyabr, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);

– Boks idman növü üzrə yeniyetmə və gənc boksçuların nümunəvi çıxışları – 5 sentyabr, saat 18:00 (Xaçmaz rayonu, boks idman zalı)

– “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks hamı üçün” kütləvi idman tədbiri – 6 sentyabr, saat 10:00 (Siyəzən şəhər stadionu);

– “Heydər Əliyev İli”nə həsr olunmuş 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında dama üzrə rayon birinciliyi – 6-7 sentyabr, saat 10:00 (Siyəzən Gənclər Evi);

– “Futbol hamı üçün” kütləvi idman tədbiri – 6 sentyabr, saat 10.00 (Xaçmaz Olimpiya İdman Kompleksi);

– Boks üzrə ustad dərsləri – 7 sentyabr, saat 11:00 (Quba rayonu, Gənclər Mərkəzi)

– Boks idman növü üzrə nümunəvi çıxışlar – 7 sentyabr, saat 11:00 (Şabran rayonu, 2 nömrəli tam orta məktəbin idman zalı)

– Gənc atletlərin nümunəvi çıxışları – 7 sentyabr, saat 18:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);

– “İdman hamı üçün” layihəsi çərçivəsində “Badminton hamı üçün” kütləvi idman tədbiri – 8 sentyabr, saat 10:00 (Siyəzən rayonu, 3 nömrəli orta məktəb);

– Cüdo idman növü üzrə nümunəvi çıxışlar – 8 sentyabr, saat 11:00 (Şabran rayonu, Mədəniyyət sarayının qarşısı)

– Şəhid Nurəhməd Ulubəyovun əziz xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında futbol turniri – 9 sentyabr, saat 11:00 (Qusar rayonu, Quxuroba kənd futbol meydançası)

– Həvəskar yeniyetmə və gənc üzgüçülərin nümunəvi çıxışları – 9 sentyabr, saat 17:00 (Xaçmaz Olimpiya İdman Kompleksi).