Qubanın yeni icra başçısı İlqar Mahmudov şəhərdə yerləşən bir sıra məkanlarla tanış olub. Bu barədə ShimalNews 5 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

İ.Mahmudov Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub. Sonra ulu öndərin adını daşıyan mərkəz, Gənclər Mərkəzi, Bayraq muzeyi, “Bayraq meydanı” kompleksi ilə tanış olub. Daha sonra isə rayonun Şəhidlər xiyabanını ziyarət edib, “Şəhidlər muzeyi”nə baş çəkib.

Ardınca icra başçısı rayonda inşa edilən Quba “DOST” Mərkəzi, Quba Peşə Hazırlığı Mərkəzi və Peşə Hazırlığı Mərkəzinin emalatxana binasının tikinti işlərinin gedişi ilə maraqlanıb. O cümlədən əhali ilə söhbətlər aparıb və şəhərin bir sıra küçələrinə baxış keçirərək aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.