Qusar və Xaçmaz rayonlarından olan məktəblilərə hədiyyələr təqdim edilib. Bu barədə ShimalNews 5 sentyabr tarixində məlumat verir.

“Güvən Xeyriyyə” İctimai Birliyi tərəfindən  42 uşağa çanta və məktəbli ləvazimatı hədiyyə olunub.

Burada məqsəd sentyabrın 15-i məktəbə gedəcək ibtidai sinif şagirdlərinə dəstək olmaqdır.

Bu layihə  Qusarda Qadınların Sosial İnkişafına Dəstək İB və Xaçmaz Qadın Resurs Mərkəzinin  birgə iştirakı ilə həyata keçirilib.