Qubada kikboksinq idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub. Bu barədə ShimalNews 5 sentyabr tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir sentyabrın 4-ü Olimpiya İdman Kompleksində baş tutub. “İdman hamı üçün” layihəsi çərçivəsində keçirilən toplantının məqsədi idmanın gənclər arasında təbliği, sağlam həyat tərzinə çağırış və perspektivli idmançıların aşkar edilməsindən ibarətdir.