Qubada qaçırılan gənc qadın qəzada dünyasını dəyişib. Bu barədə ShimalNews 5 sentyabr tarixində xəbər verir.

Əldə olunan məlumata görə, Göyçaydan olan 23 yaşlı gənc qadın Rustov kəndinə qonaq gəlib. Qəbələdən olan 2 kişi onu qaçırıb. Qaraçayın üzərindəki körpüdən keçən zaman onların avtomobili idarəetməni itirib və çaya düşüb. Nəticədə qadın vəfat edib, digərləri ağır xəsarətlərlə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar və onlardan biri orada vəfat edib.

Daha öncə bu gün 2 nəfərin ölümü və 1 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqqında məlumat vermişdik.