Qubada 1 nəfərin ölümü və 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 5 sentyabr tarixində xəbər verir.
Hadisə səhər saat 06:00 radələrində Nügədi kəndi ərazisində baş verib. Avtomobil Qaraçayın üzərindəki körpüdən çaya düşüb. Nəticədə orada olan 23 yaşlı qadın yerindəcə vəfat edib. İki kişi isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib və onlardan biri burada dünyasını dəyişib.
Əlavə məlumat veriləcək.