Qubada atletika idman növü üzrə nümunəvi çıxışlar təqdim olunub. Bu haqda ShimalNews 5 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Olimpiya İdman Kompleksində “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilib. Çıxışlar məşqçi Vüqar Atayev tərəfindən keçirilib.

Məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.