Bu gün Qubanın icra başçısı İlqar Mahmudov sakinlərlə görüşüb. Bu barədə ShimalNews 5 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Qacar Zeyid kəndində baş tutub. Burada Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.