İsmayıllıda birinci sinif şagirdləri üçün tədbir təşkil olunub. Bu barədə ShimalNews 5 sentyabr tarixində Uşaq və Ailələrə Dəstək Mərkəzinə istinadən məlumat verir.

Toplantı sentyabrın 4-ü “Məktəbə hazır olmağa dəstək ol!” adlı sosial layihə çərçivəsində baş tutub. Burada uşaqlarla birgə onların valideynləri də iştirak ediblər.

Görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “GİD CSR Consulting” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Həmçinin bu işdə VTB Bank və Bakıdakı Rus Evi öz töhvəsini verib.

Sonda uşaqlara məktəbli çantaları və ləvazimatlar təqdim edilib.