İsmayıllının icra başçısı Nahid Bağırov Vaşa kəndində sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 5 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Tədbirdə İH nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Sakinləri narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.