İsmayıllı rayonunun Gəraybəyli kəndində asfaltlanma aparılıb. Bu haqda ShimalNews 5 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Abadlıq-quruculuq işləri çərçivəsində rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfaltlanır. Artıq Gəraybəyli kəndini magistral avtomobil yolu ilə birləşdirən, uzunluğu 1200 metr olan əsas kənddaxili yola asfalt örtük vurulub.

Rayonun digər təmirə ehtiyacı olan küçələrində və məhəllədaxili yollarında asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.