Xudat Polis Bölməsinin əməkdaşları son 1 həftə ərzində narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfəri saxlayıblar. Bu barədə ShimalNews 5 sentyabr tarixində DİN-ə istinadən məlumat verir.

Saxlanılanlar Xaçmaz rayon sakinləri: Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur. Onların üzərlərinə və yaşadıqları evlərə baxış keçirilib. Bu zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə 2 nəfərin barəsində həbs qətimkan tədbiri, digər 3 nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.