Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarını pozan məmur cəzalandırılıb. Bu barədə ShimalNews 4 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xudat şəhərində monitorinq keçiriblər. Nəticədə 3-cü şöbə adlanan ərazidə tullantıların qalaqlanması aşkar olunub. Bununla bağlı bələdiyyənin sədri Elman Allahyarova qarşı inzibati tənbeh tədbiri tətbiq olunub.