Xaçmaz yeniyetmələr arasında sərbəst güləş üzrə rayon açıq birinciliyi keçirilib. Bu haqda ShimalNews 4 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan idman tədbiri “Heydər Əliyev İli”nə həsr edilib. Turnirdə Bakı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından ümumilikdə 200 nəfərə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Xaçmaz rayonunun idmançıları komanda hesabında 1-ci yeri, Siyəzən rayonunun idmançıları 2-ci yeri, Bakı şəhərinin “Zenit” klubunun idmançıları isə 3-cü yeri qazanıblar.
Birinciliyin keçirilməsidə məqsəd idmançıların respublika səviyyəli yarışlara hazırlanmasıdır.