Xaçmaz şəhərində abadlaşdırma işləri aparılır. Bu haqda ShimalNews 4 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

İşlər Bakı prospektində yerləşən Bayraq meydanının ətrafında görülüb. Burada müasir üsulda yeni istinad divarı çəkilir. İcra başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə əraziyə gəlib və verilən tapşırıqların gedişi ilə maraqlanıb.