Bu gün Qusardan olan şəhid Şair Heydərovun xatirə abidəsinin açılışı olub. Bu barədə ShimalNews 4 sentyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, Mucuq kənd sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Abidə şəhidin doğum günü münasibətilə atası Camal Heydərovun hesabına ucaldılıb. Burada Mucuq və ətraf kəndlərdən olan şəhidlərin də portretləri yerləşdirilib.