Bu gün şəhid Şair Heydərovun doğum günüdür. O, 4 sentyabr 1998-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olub.

Ş. Heydərov 2022-ci il 23 mart – 31 may tarixlərində “Komando” Dağ Təlim Mərkəzində keçirilən 5-ci qəbul “Komando başlanğıc kursu”nu bitirib və döş nişanına layiq görülmüşdür.

Sentyabrın 12-si və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir. Həmin vaxt Şair igidcəsinə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. O, 16 sentyabr tarixində doğma kəndinin qəbiristanlığında dəfn edilib.