Qusarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi keçirilib. Bu haqda ShimalNews 4 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən  məlumat verir.

Layihə çərçivəsində 30 ailəyə qutu təqdim edilib. Hədiyyələr körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimatdan ibarət olub.

Mərhələli olaraq, digər rayonlarda da keçirilməsi planşdırılan proyektin məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması və qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.