Qubada keçiriləcək bədii gimnastika üzrə çempionatda Qusardan olan idmançımız çıxış edəcək. Bu haqda ShimalNews 4 sentyabr tarixində məlumat verir.
Qusar Olimpiya İdman Kompleksi bildirib ki, oktyabrda baş tutacaq ölkə çempionatına 15 yaşlı Yulianna Arazova qatılacaq. Gimnastımız məşqçi Fatimə Qurbanovanın rəhbərliyi altında yarışa hazırlaşır.
Y.Arazova 2018-ci ildə ölkə birinciliyində bürünc medal qazanıb. O, hazırda mükafatçılar sırasına düşməyə iddia edir.