Quba-Xacmaz yolunda iki avtomobil qəzaya uğrayıb. Bu barədə ShimalNews 4 sentyabr tarixində məlumat verir.
Hadisə sentyabrın 3-ü saat 12:00 radələrində Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb. Dairəvi yolda “Opel” markalı avtomobil Xaçmaz istiqamətindən gələn “VAZ-2107” markalı avtomobilin yoluna daxil olub. Nəticədə qəza baş verib.
Xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar.