Quba-Xaçmaz yolunda qəza baş verib. Bu haqda ShimalNews 4 sentyabr tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı avtomobilin “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində xəsarət alan yoxdur.
Şahidlərin sözlərinə görə, hadisə “015”in idarəetməni itirərək “Mercedes”in yoluna çıxdığı zaman baş verib.
Əraziyə YPX əməkdaşları cəlb olunublar.
