Təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplayanlar növbəti mərhələdə iştirak hüququ qazanıblar. Bu barədə ShimalNews 4 sentyabr tarixində məlumat verir.

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün imtahan keçirilib. Burada minimum keçid balını toplamayan və ya iştirak etməyən müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Quba-Xaçmaz regional təhsil idarəsində komissiya fəaliyyətə başlayıb.

Mövzu ilə bağlı suallar 4 sentyabr saat 16:00-da Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım üzərindən cavablandırılacaq.