Quba rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 4 sentyabr tarixində xəbər verir.
Vladimirovka kəndində 42 yaşlı Vüqar Atakişiyevin meyiti aşkar edilib. O, özünü yaşadığı evin damında asıb.
Cəsəd Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əldə olunan məlumata görə, mərhum spirtli içkilərdən çox istifadə edirdi və subay idi.